15 Mart 2024, 10:23
FUTBOL
Premyer Liqanın XXVII turunda keçiriləcək “Turan Tovuz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu gündən etibarən azarkeşlər Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən biletləri əldə edə bilər.
2 manatlıq biletlərlə yanaşı, məhdud sayda olan 5 manatlıq VİP biletlər də satışdadı.
Qeyd edək ki, martin 17-də keçiriləcək görüş saat 16:00-da başlayacaq. Qarşılaşmanın ardından “Turan Tovuz”un tərəfdaşı “İnci Group of Companies” tərəfindən lotereya təşkil olunacaq.