“Qarabağ” meydanda 10 nəfərlə qaldığı zaman ikinci qolu vurdu”. Matc.az xəbər verir ki, bunu “Bayer”in yarımmüdafiəçisi Qranit Caka deyib. 31 yaşlı futbolçu Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri cavab oyununu dəyərləndirib.
“Qarabağ” meydanda 10 nəfərlə qaldığı zaman ikinci qolu vurdu”. Matc.az xəbər verir ki, bunu “Bayer”in yarımmüdafiəçisi Qranit Caka deyib.
31 yaşlı futbolçu Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri cavab oyununu dəyərləndirib.
İsveçrə millisinin üzvü sona qədər həvəsdən düşmədiklərini söyləyib: “Rəqib azlıqda olsa da, qol buraxdıq. Buna yol verməməli idik. Ancaq belə halla üzləşdik. Çox vaxt komandalar 0:2 geri düşəndə qələbəyə motivasiyaları qalmır. Ancaq biz sona qədər döyüşdük. Bu, mentalitetimizin inanılmaz olduğunu göstərir. Qeyri-adi qələbə qazandıq”.
Qeyd edək ki, Bakıdakı görüşdə 2:2 hesabı qeydə alınmışdı. Bununla “Qarabağ” ümumi hesabda 4:5 məğlub olaraq avrokuboklarla vidalaşıb.