Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
Tədbir zamanı 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda qarşılaşacaq potensial rəqiblər də bilinib.
Qeyd edək ki, 1/4 finalın oyunları aprelin 11-də və 18-də, yarımfinalın görüşləri isə mayın 2-də və 9-da keçiriləcək. Final matçı mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda gerçəkləşəcək.
1/4 final:
“Brügge” (Belçika) – PAOK (Yunanıstan)
“Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə)
“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)
“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)
Yarımfinal:
“Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbağça” cütünün qalibi
“Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi