“Hər dəfə bu halla üzləşmək istəmərik. Əzmkar qələbə sayəsində irəlilədik. Bütün gücümüzü ortaya qoyduq və final fitinə qədər təslim olmadıq. Yekunda da bunun bəhrəsini gördük”

“Heç də hər zaman belə geridönüş etmək olmur”. Matc.az xəbər verir ki, bunu “Bayer”in yarımmüdafiəçisi Robert Andrix deyib.

Almaniya yığmasının üzvü Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

29 yaşlı orta sahə oyunçusu sona qədər döyüşdüklərini bildirib: “Hər dəfə bu halla üzləşmək istəmərik. Əzmkar qələbə sayəsində irəlilədik. Bütün gücümüzü ortaya qoyduq və final fitinə qədər təslim olmadıq. Yekunda da bunun bəhrəsini gördük”.

Qeyd edək ki, Bakıdakı görüşdə 2:2 hesabı qeydə alınmışdı. Bununla “Qarabağ” ümumi hesabda 4:5 məğlub olaraq avrokuboklarla vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest