“90+3-cü dəqiqədə hesabı bərabərləşdirəndə artıq əlavə ediləcək 30 dəqiqəyə hazırlaşırdım”. Matc.az xəbər verir ki, bunu “Bayer”in baş məşqçisi Xabi Alonso RTL-ə açıqlamasında deyib.

İspaniyalı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri matçla bağlı düşüncələrini bölüşüb. Çalışdırıcı son dəqiqə qoluna hazır olmadığını etiraf edib:

“2:2-dən sonra beynimdə əlavə vaxta köklənmişdim. Fasilədə futbolçulara verəcəyim tapşırıqları düşünürdüm. 90+8-ci dəqiqədə qələbə qolunu vuracağımızı gözləmirdim”.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınmışdı. “Bayer” ümumi hesabda 5:4 qalib gələrək mərhələni adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest