Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ”a 3:2 hesabı ilə qalib gələn “Bayer” uğurlu seriyasını davam etdirib. Matc.az xəbər verir ki, Almaniya klubu məğlubiyyətsizlik seriyasını 37-yə yüksəldib.

Xabi Alonsonun yetirmələri bununla klub rekordunu yeniləyib. Leverkuzenlilər 37 qarşılaşmanın yalnız 5-də rəqibləri ilə heç-heçə ediblər. Qalan 35 matçda komanda qələbə qazanıb.

“Bayer” son məğlubiyyətini ötən ilin mayında alıb. Komanda cari mövsüm iştirak etdiyi turnirlərin heç birində uduzmayıb.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında Bakıda reallaşan ilk matçda 2:2 hesabı qeydə alınıb. İki görüşün cəmində 5:4 hesablı qələbə qazanan almanlar 1/4 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest