“Leççe”nin yeni baş məşqçisi bilinib. Matc.az xəbər verir ki, A seriyası komandası Luka Qottiyə tapşırılıb.

İtaliya klubu onu təyinatı rəsmi saytı vasitəsilə bəyan edib. 56 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. Qotti bu postda bir neçə gün əvvəl istefaya göndərilən Roberto Daversanı əvəzləyib.

Qeyd edək ki. “Leççe” hazırda A seriyasında 25 xalla 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest