“Bayer”ə qarşı səfərdə 10 nəfərlə oynamaq ölüm kimidi”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov deyib.

O, Ağdam klubunun Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə 2:3 hesabı ilə məğlub olduğu görüşü dəyərləndirib. Smirnov qarşılaşmanın ingiltərəli baş hakimi Entoni Teylordan narazılıq bildirib:

“Hakim 6 dəqiqə əlavə etsə də, almanlar 90+8-ci dəqiqədə qol vurdu. 90+3-cü dəqiqədəki qola görə əlavə dəqiqə yarım oynatmaq nəyə lazım idi? Hakimin bu hərəkəti mənə doğru gəlmədi. “Qarabağ”ın məğlubiyyəti sevilən insanın itkisinə bənzəyir”.

Lunyovun nümayəndəsi “Bayer”i turnirin əsas favoriti adlandırıb: “Qarabağ” növbəti dəfə sensasiya edə bilərdi. Hətta deyərdim ki, “Bayer”i keçsəydilər, Avropa Liqasını qazanmağa iddia edə bilərdilər. “Liverpul”un və ya başqasının hazırda “Bayer”dən güclü olduğunu düşünmürəm”.

Qeyd edək ki, “Bayer” son 90+3 və 90+8-ci dəqiqədə vurduğu ardıcıl iki qol sayəsində 3:2 hesablı qələbə qazanaraq mərhələ adlayıb. Bakıdakı ilk matçda 2:2 hesabı qeydə alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest