Qadın futbolçulardan ibarət milli komandaların yeni FİFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının da yeri müəyyənləşib.

2024-cü ilin ilk reytinqində yığmamız son cədvəldə olduğu kimi, 76-cı sırada qalıb. Siyasət Əsgərovun kollektivinin aktivində 1305,48 xal var.

Reytinqin ilk üç pilləsində İspaniya (2066,05), İngiltərə (2021,41) və Fransa (2018,81) qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest