FİFA idmanın inkişafı üçün nəzərdə tutulan investisiyaları təsdiqləyib. Matc.az xəbər verir ki, FİFA Şurasının yekunlarına əsasən, 2023-2026-cı illər üçün 2,25 milyard dollar məbləğində investisiya təsdiq olunub.

Bu, 2016-cı ilə qədər fəaliyyət göstərən inkişaf proqramları ilə müqayisədə sərmayənin təxminən 7 dəfə artması deməkdi.

Şura 2023-cü il üçün maliyyə hesabatını da təsdiqləyib. FİFA prezidenti Canni İnfantinonun sözlərinə görə, təşkilat 2023-2026-cı illər üçün 11 milyard dollarlıq büdcə hədəfini aşmaq yolundadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest