FİFA qurumun Şurasında qəbul edilən qərarları açıqlayıb. Matc.az xəbər verir ki, 17 yaşadək futbolçular arasında dünya çempionatı 48 komandaya qədər genişləndiriləcək.
U-17-lərin mundialı artıq hər il keçiriləcək. Bundan əvvəl isə iki ildən bir təşkil olunurdu.
2025-ci ildən başlayaraq Qətərdə gənclər arasında dünya çempionatı baş tutacaq. Bu plan 2029-cu ilə qədər beş il üçün nəzərdə tutulub.
Gənclərdən ibarət qadın yığmalar arasında dünya çempionatı 24 komandaya qədər genişləndiriləcək və hər il Mərakeşdə olacaq.
FİFA həmçinin 2027-ci ildə qadınlar arasında dünya çempionatının keçirilmə yerinin təşkilatın mayda təşkil olunacaq növbəti Konqresində müəyyən ediləcəyini təsdiqləyib. Hazırda Braziliya, Belçika/Almaniya/Niderland (birgə), eləcə də ABŞ/Meksika ev sahibliyi uğrunda mübarizə aparırlar.