15 Mart 2024, 17:52
FUTBOL
FİFA irqçiliklə mübarizə siyasətini açıqlayıb. Matc.az xəbər verir ki, qurum Şurada bu məsələni gündəmə gətirib.
Ali futbol qurumu irqçilik aktlarına görə daha sərt sanksiyaların tətbiqini nəzərdən keçirməyi planlaşdırır. Bu bənd mayda Banqkokda keçiriləcək növbəti Konqresin proqramına daxil ediləcək.
FİFA prezidenti Canni İnfantino da sanksiyaları sərtləşdirməyə çağırıb: “74-cü Konqres FİFA-nın irqçiliklə mübarizəsində dönüş nöqtəsi olmalıdı. Biz bütün birliklər və konfederasiyalar daxilində irqçiliyin qarşısını almaq üçün yeni və daha güclü tədbirlər tətbiq edəcəyik”.