“Goal” nəşri Çempionlar Liqasının (ÇL) favoritlərinin reytinqini yeniləyib. Matc.az xəbər verir ki, 1/4 final mərhələsində yoluna davam edənlər sıralanıb.

ÇL-i qazanmağa ən real namizəd kubokun son qalibi “Mançester Siti” göstərilir. Bu turnirdə ən çox titula yiyələnən “Real” ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü İspaniyanın digər təmsilçisi “Atletiko” qapayır.

Digər komandalar bu cür sıralanıb – PSJ, “Bavariya”, “Barselona”, “Arsenal”, “Borussiya” (Dortmund).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest