15 Mart 2024, 14:50
FUTBOL
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann klub çalışdırmaq imkanlarından danışıb. Matc.az xəbər verir ki, mütəxəssis bu variantı istisna etməyib.
“Avropa çempionatından əvvəl bəyəndiyim və həm də özümü rahat hiss etdirən təklif alsam, turnirə qədər müqavilə imzalama ehtimalım yüksəkdi. Hazırda ortada heç nə yoxdu. AVRO-2024-dən əvvəl nəyinsə baş verməsi şansı var”, - deyə Naqelsmann bildirib.
Qeyd edək ki, Yulian Naqelsmannın müqavilə müddəti AVRO-2024-ün sonuna qədərdi.