Premyer Liqanın XXVII turunda “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün “Liv Bona Dea Arena”nın ehtiyat meydanında oyunöncəsi son məşqini keçirib. Matc.az xəbər verir ki, zədəsini sağaldan iki oyunçu da düşərgədə yer alıb.

Belə ki, “qırmızı-ağlar”ın bir saata yaxın davam edən hazırlıq prosesində bir müddətdir zədədən əziyyət çəkən Abdulla Rzayev və Aksel Nqando da iştirak edib. Cəzası başa çatan Muhammed Kadiri və Miço Kuzmanoviç də sabahkı görüşdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qəbələ” görüşü saat 18:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest