“Bizim üçün çox vacib qələbə idi”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXVII turunda “Səbail”i 3:0 hesabı ilə məğlub etdikdən sonra mətbuat konfransında deyib.
“Bizim üçün çox vacib qələbə idi”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXVII turunda “Səbail”i 3:0 hesabı ilə məğlub etdikdən sonra mətbuat konfransında deyib.
Monteneqrolu mütəxəssis qarşılaşmanın ardından jurnalistlərin suallarını cavablandırıb: “Oyuna yaxşı başladıq. İlk qolu vaxtında vurduq və keyfiyyətli çıxış etdik. Mark Tamaşın zədələnməsi gedişatı bir az dəyişdi. Açıq oyun getdi. Hər iki komandada yaxşı məqamlar var idi. Qələbədən çox razıyam və inanıram ki, bu, bizə əlavə güvən verəcək. Növbəti oyunlarda güvən artacaq. Hiss olunur ki, bəzən bizdə bu yöndə çatışmazlıq olur”.
- Hücum və müdafiədə problemləriniz görünür. Nə qədər zaman lazımdı ki, istədiyiniz oyunu komandaya aşılayasız?
- Son iki oyunda altı qol vurmuşuq. Vacib olan odu ki, hücumlar qurub, epizodlar yaradırıq. Müdafiədə problemlərimiz var. Bu isə sırf həmin mövqedə oynayan oyunçularla bağlı deyil. Komanda şəklində bunu yaxşı etməliyik. Ümid edirik ki, qarşıdakı fasilə bizə fayda verəcək.
- “Forza Neftçi” oyunlarınızı boykot edib. Onların stadiona qayıtması üçün nə etməyi düşünürsüz?
- Qələbə qazanıb, qollar vurmağa çalışacağıq ki, gözəl oyun sərgiləyək və azarkeşlər stadiona qayıtsın.
- Azərbaycan futbolu haqqında təəssüratınız dəyişib?
- Təbii haldı ki, Azərbaycan futbolunu indi daha yaxşı tanıyıram. Çempionat olduqca çətindi. Bütün komandalar gözəl futbol göstərməyə çalışır. Pis futbol göstərən komanda yoxdu. Komandalar hücum etməyə çalışır. Hətta son yerdə qərarlaşan “Qəbələ” göstərdiyi oyun baxımından həmin o yerə layiq deyil. Çempionatın sonuna qədər hamı üçün çətin olacaq. İstənilən komanda digərinə qalib gələ bilər.
- İlk dövrədə “Səbail”ə 4:2 hesabı ilə qalib gəlmişdiniz və Emin Mahmudov meydanda yox idi. Azarkeşlər “Eminsiz “Neftçi” daha yaxşı görünür” kimi fikirlər də səsləndirirdi. Bu gün də Emin yox idi və 3:0 qalib gəldiz. Eminsiz “Neftçi”nin daha yaxşı görünməsi fikri ilə razısız?
- Məncə, bu sadəcə təsadüfdü. Eminin ciddi zədəsi var. O, iynə vurduraraq meydana çıxmağə da soruşurdu. Amma biz risk etmədik. Emin bizim kapitanımızdı, vacib futbolçumuzdu. Onun oynaması bizim üçün xoşdu.
- “Spartak”la oyun sizin üçün nə dərəcədə önəmlidi və matçdan gözləntiniz nədi?
- “Spartak” yaxşı rəqibdi. Bu rəqiblə oynamağımız çempionatdakı növbəti matçlar üçün yaxşı hazırlıq olacaq.
- İkinci pillə uğrunda rəqabətin getməsi avrokuboklar mübarizəsinə necə təsir edəcək?
- Premyer Liqada komandalar hansısa yer uğrunda mübarizə aparırsa, demək ki, liqa yaxşı keçir. Bu rəqabət çempionatın keyfiyyətini artırır.
- “Neftçi”nin yetirməsi Ağadadaş Salyanski haqda nə düşünürsüz?
- Çox perspektivli oğlandı. Biz də onu əsas heyətə cəlb etmək istiqamətində işlər görürük. Hər şey ondan asılı olacaq. sportal