“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkünü dəyərləndirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis bu raundda son çempion “Mançester Siti”yə rəqib olmalarına münasibət bildirib.

Ançelotti hədəflərinin titulu qazanmaq olduğunu söyləyib: “Mançester Siti” güclü rəqibdi. Ancaq biz artıq 1/4 finaldayıq və məqsəd turniri qalib bitirməkdi. Bunu arzulayan isə ən yaxşı rəqibini də üstələməyi bacarmalıdı. “Mançester Siti” ən yaxşısıdı. Ancaq biz bu komandanı məğlub etməliyik”.

Qeyd edək ki, komandalar arasında ilk oyun aprelin 9-da Madriddə, cavab görüşü 17-də Mançesterdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest