“Qarabağ”ın hücumçusu Juninyo karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, “Beşiktaş” braziliyalı forvardı transfer etmək niyyətindədi.
İstanbul nəhənginin idman direktoru 27 yaşlı futbolçunu Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə səfər görüşündə canlı izləyib. “Qarabağ”ın 2:3 hesabı ilə məğlub olduğu matçda Juninyo 1 qol vurub.
“Sambaçı”nın çıxışından razı qalan Aybaba Türkiyəyə qayıtdıqdan sonra rəhbərliyə onunla bağlı müsbət raport təqdim edəcək. “Ağ-qaralar” da mövsümün sonunda transfer üçün Azərbaycan çempionu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdi. Onun transfer dəyəri 1 milyon avroya bərabər göstərilir.