Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov komandası “Dinamo”nu düşərgəsinə qayıdıb. Forvard həftə ərzində məşqləri bərpa edib. Dadaşov səhhətində yaranan problemlə əlaqədar Almaniya Regionalliqasının XXV turunda “Lokomotive” ilə oyunu buraxmışdı.

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov komandası “Dinamo”nu düşərgəsinə qayıdıb. Matc.az xəbər verir ki, forvard həftə ərzində məşqləri bərpa edib.

Dadaşov səhhətində yaranan problemlə əlaqədar Almaniya Regionalliqasının XXV turunda “Lokomotive” ilə oyunu buraxmışdı. Lakin oyunçu artıq xəstəlikdən sağalıb və baş məşqçinin ixtiyarındadı. Onun bu gün “Çemnitzer”lə qarşılaşmada iştirakı gözlənilir.

Qeyd edək ki, “Dinamo” – “Çemnitzer” matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Rüfət Dadaşov 14 qolla çempionatda bombardirlər yarışının ikinci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest