21 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, komandanın qrupda Azərbaycan və Lüksemburqla keçirəcəyi oyuna 24 futbolçu çağırılıb.

21 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, komandanın qrupda Azərbaycan və Lüksemburqla keçirəcəyi oyuna 24 futbolçu çağırılıb.

Baş məşqçi Li Karsli “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Yuventus” kimi nəhəng klubların üzvlərinə də dəvət göndərib.

Qapıçılar: Mettyu Kox (“Bristol Rovers”), Sem Tikl (“Viqan”), Ceyms Trefford (“Bernli”).

Müdafiəçilər: Çarli Kressuell (“Lids”), Kallum Doyl (“Lester”), Teylor Harvud-Bellis (“Sauthempton”), Riko Lyuis (“Mançester Siti”), Teden Menqi (“Lyuton”), Jarell Kuansa (“Liverpul”), Bruk Norton-Kaffi (“Milluoll”), Natan Vud (“Suinsi”).

Yarımmüdafiəçilər: Karni Çukvuemeka (“Çelsi”), Hervi Elliott (“Liverpul”), Kobbi Mayno (“Mançester Yunayted”), Ceyms Makati (“Şeffild Yunayted”), Tayler Morton (“Hall Siti”), Arçi Qrey (“Lids”), Aleks Skott (“Bornmut”).

Hücumçular: Ceymi Binoe-Gittens (“Borussiya”, Dortmund), Cey Stansfild (“Birmingem”), Sem İlinq-Junior (“Yuventus”), Noni Madueke (“Çelsi”), Caden Filoqene (“Hall Siti”), Morqan Rojer (“Aston Villa”).

Qeyd edək ki, İngiltərə yığması martın 22-də Bakıda Azərbaycanın qonağı olacaq, 26-da Boltonda Lüksemburqu qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest