16 Mart 2024, 14:57
FUTBOL
Premyer Liqanın XXVII turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” meydana ideal heyətlə çıxa bilməyəcək. Matc.az xəbər verir ki, Gəncə klubunun 2 futbolçusu bugünkü qarşılaşmanı buraxacaq.
Onlardan gürcüstanlı yarımmüdafiəçi Georgi Papunaşvili zədəli olduğu üçün komandasına kömək edə bilməyəcək. Müdafiəçi Elçin Əlicanov isə sarı vərəqə limitini doldurduğundan, cəzalı duruma düşüb.
Qeyd edək ki, “Zirə” - “Kəpəz” oyunu saat 16:00-da başlayacaq.