"Birinci hissə bizim üçün pis keçmirdi. Bir neçə təhlükəli hücumlarımız var idi. Bir dəfə İssa Cibrillanın yaxşı fürsəti oldu"

“Komandamı təbrik edirəm. Çox önəmli qələbə qazandıq”.
 
Matc.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
 
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunda “Kəpəz” üzərində qazanılan qələbəni şərh edib: “Birinci hissə bizim üçün pis keçmirdi. Bir neçə təhlükəli hücumlarımız var idi. Bir dəfə İssa Cibrillanın yaxşı fürsəti oldu. Ötürmə vermək əvəzinə qapıya vursaydı, qolla nəticələnə bilərdi. İkinci hissədə sürəti qaldırdıq. Futbolçular ön xətdə daha keyfiyyətli oynamağa başladı”.
 
Rəşad Sadıqov komandasının yığmanın oyunları ilə əlaqadar yaranacaq fasilədən öncə vacib qələbə qazandığını bildirib: “Futbolçular hücum xəttində daha inamlı idilər. Əksinə gözləyirdim ki, daha həyəcanlı olacaqlar. Çünki, bəzi oyunlarda xal itkiləri komandanın üzərində təzyiq yaradırdı. Şükürlər olsun ki, bu gün həmin təzyiqi ata bildilər. Milli fasilədən öncə vacib qalibiyyət oldu. Bütün oyunlar çətin keçir. Rəqib çox yaxşı mübarizə aparırdı. Son dəqiqələrdə bizə həyəcanlı anlar yaşatdılar”.
 
Qeyd edək ki, 27 turdan sonra “Zirə” 39 xal toplayıb. Komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest