17 Mart 2024, 10:23
FUTBOL
"Amma komandamla fəxr edirəm. “Qarabağ”ı təmsil etdiyim üçün xoşbəxtəm. Fəxrlə deyə bilərəm ki, buna layiq idik".
"Bayer"ə qarşı keçirdiyimiz son iki oyundan sonra hisslərimi ifadə edə bilmirəm".
Matc.az xəbər verir ki, bu fikir "Qarabağ"ın futbolçusu Marko Yankoviçə məxsusdur.
Monteneqrolu yarımmüdafiəçi Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə cavab oyunundan sonra instaqram hesabında paylaşım edib. O, mərhələ keçməməyin üzüntüsünü yaşadığını gizlətməyib: “Qəm-kədərdən, qəzəbdən boğuluram. Amma komandamla fəxr edirəm. “Qarabağ”ı təmsil etdiyim üçün xoşbəxtəm. Fəxrlə deyə bilərəm ki, buna layiq idik. Ancaq qalib olmasaq da, bu, bizim üçün böyük təcrübə oldu".
Qeyd edək ki, "Qarabağ" "Bayer"lə hər iki matçda 2:0 hesabı ilə öndə olsa da, qələbəni əldən verib – 2:2, 2:3.