17 Mart 2024, 13:38
FUTBOL
"Barselona" "Feyenoord"un və Niderland millisinin yarımmüdafiəçisi Mats Veyferlə yaxından maraqlanır.
Matc.az xəbər verir ki, İspaniya klubu futbolçunun transfer variantını ötən ilin sonunda nəzərdən keçirib. Kataloniyalılar transferin dəyəri və oyunçunun müqavilə imzalamağa hazır olması ilə bağlı bütün lazımi məlumatları toplayıb.
Müqavilə 25 milyon avroya qədər başa gələ bilər ki, bu da "Blauqrana" tərəfindən nəzərdən keçirilən digər namizədlərdən aşağıdır.