"Cenoa"nın baş məşqçisi Alberto Qilardino növbəti mövsüm üçün mümkün yeni baş məşqçi kimi "Fiorentina"nın siyahısında yer alıb.
 
Matc.az xəbər verir ki, mütəxəssis 2022-ci ilin dekabrında İtaliya klubuna təyin olunub. Onun rəhbərliyi altında komanda A Seriyasına qayıdıb. 28 oyundan sonra klub İtaliya çempionatında 12-ci pillədə qərarlaşıb.
 
"Fiorentina"nı hazırda Vinçenzo Italiano idarə edir, onun müqaviləsi yayda başa çatır. Komanda hazırda 8-ci yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest