"Vest Hem" yayda "Mançester Yunayted" və İngiltərə millisinin müdafiəçisi Harri Maquayr üçün 15 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.
 
Matc.az xəbər verir ki, futbolçu ilə "çəkiclər"in baş məşqçisi Devid Moyes maraqlanır. 
 
"Vest Hem" daha əvvəl 31 yaşlı ingilisi heyətinə qatmağa çalışsa da, cəhdləri uğursuz alınıb. Bu dəfə London klubu sövdələşmənin baş tuta biləcəyinə inanır. “Vest Hem” Maquayr 2-3 illik müqavilə təklif edəcək. Transfer məbləği 15-20 milyon funt sterlinq olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest