17 Mart 2024, 17:00
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisinin növbəti iki yoldaşlıq görüşünü buraxacaq.
Matc.az xəbər verir ki, 36 yaşlı kapitan KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsində "Neşvil"lə oyunun ikinci yarısının əvvəlində əzələ narahatlığı hiss edib və meydanı tərk edib. Tibbi müayinənin nəticələrinə görə, Messiyə sağ ayağının bud nahiyəsindən yüngül zədə aşkarlanıb.
Bu mövsüm argentinalı MLS və KONKAKAF Çempionlar Liqasında 5 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.