Qızıl Avropa Liqasında iştirak edəcək voleybol üzrə qadın və kişi milli komandalarımızın oyunlarının təqvimi bəlli olub.
 
Matc.az xəbər verir ki, yeni formatda keçiriləcək yarış üç mərhələdən ibarət olacaq.
 
Komandalar hər mərhələdə 3 oyunda qüvvələrini sınayacaqlar. Həm qadınlar, həm də kişilərin mübarizəsində 3-cü mərhələnin oyunları Bakıda təşkil ediləcək.
 
Yarışın reqlamentinə, əsasən, ilk 4 yeri tutan yığmalar “Dördlər finalı”na yüksələcəklər.
 
Qeyd edək ki, Avropa Liqasının mərhələ oyunları mayın 17-də start götürüb, iyunun 2-də başa çatacaq.
 
Qızıl Avropa Liqası (qadınlar)
I mərhələ - XORVATİYA
17.05.2024. 19:00 Azərbaycan – Xorvatiya
18.05.2024. 15:00 Slovakiya – Azərbaycan
19.05.2024. 19:00 Xorvatiya – Slovakiya
 
II mərhələ – RUMINİYA
24.05.2024. 17:00 Azərbaycan – Rumıniya
25.05.2024. 17:00 İsveç – Azərbaycan
26.05.2024. 17:00 Rumıniya – İsveç
 
III mərhələ - AZƏRBAYCAN
31.05.2024. 18:00 Estoniya – Azərbaycan
01.06.2024. 18:00 Avstriya - Estoniya
02.06.2024. 18:00 Azərbaycan – Avstriya
 
Qızıl Avropa Liqası (kişilər)
I mərhələ - AZƏRBAYCAN
17.05.2024. 18:00 Rumıniya – Azərbaycan
18.05.2024. 18:00 Ukrayna - Rumıniya
19.05.2024. 18:00 Azərbaycan – Ukrayna
 
II mərhələ - BELÇİKA
24.05.2024. 17:30 Azərbaycan - Belçika
25.05.2024. 17:30 Şimali Makedoniya – Azərbaycan
26.05.2024. 15:00 Belçika - Şimali Makedoniya
 
III mərhələ ESTONİYA
31.05.2024. 18:00 Azərbaycan - Estoniya
01.06.2024. 16:00 Lüksemberq – Azərbaycan
02.06.2024. 16:00 Estoniya – Lüksemburq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest