“Üçüncü dövrəni yaxşı keçirdik. Məğlubiyyətlə başlasaq da, sonra vacib qələbələr qazandıq. Dördüncü dövrə hər kəs üçün çətin olacaq. Buna hazırlaşacağıq”

“Bu gün stadionda möhtəşəm atmosfer var idi. "Qarabağ"ın Tovuza gəlişini hiss etdik”.

Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXVII turunda uduzan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Tovuz klubunun çalışdırıcısı “Qarabağ”a məğlubiyyəti şərh edib: “Çoxdandır evdə uduzmurduq. Bu seriyanı davam etdirmək istəyirdik. Amma güclü komandaya qarşı oynayırdıq. Otto Con ikinci qolu vursaydı, oyunun axarı başqa cür ola bilərdi. Futbolçuların göstərdiyi performans alqışalayiqdir. Bu tempi saxlamalıyıq. Ümid edirəm ki, fasilədə zədəli oyunçularımız qayıdacaq. Bütün futbolçuların yeri görünürdü. Amma onların yerində oynayanlar çalışdılar. Paçunun yoxluğu neçə oyundur bizə təsir edir. Bütün futbolçular bizim üçün dəyərlidir. Hamı sağlam olanda bizim üçün daha rahat olur.”

Ayxan Abbasov heyətlə bağlı danışıb: “Oyun olub ki, Ayxan Quseynovla Fərid Nəbiyev eyni anda meydana çıxıblar. Rəqibə görə heyət qururuq. Heyət geniş olmalıdır. Xəyal Nəcəfovu qışdan sonra hər dəfə əsas heyətdə oynatmaq istəyəndə zədələnir. Bu gün pis təsir bağışlamadı”.

“Turan Tovuz”un baş məşqçisi 3-cü dövrəni yaxşı keçirdiklərini bildirib: “Üçüncü dövrəni yaxşı keçirdik. Məğlubiyyətlə başlasaq da, sonra vacib qələbələr qazandıq. Dördüncü dövrə hər kəs üçün çətin olacaq. Buna hazırlaşacağıq”.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada 7 oyundan sonra uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest