Komitə qapıçılarla işləyə məşqçi Aleksandr Jidkovla bağlı qərarını açıqlayıb. Klub ona ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləğini birdəfəlik qaydada Jidkova ödənilməsini tələb edib.

AFFA Oyunçuların Statusu və Transferi Komitəsi “İrəvan” klubu ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda “İrəvan” futbol klubu tərəfindən Əlizadə Asim Xosrov oğluna ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləğinin may 1-dək ödənilməsi, o cümlədən hər ay ona ödənilməli olan xidmət haqqı məbləği tərəflər arasında mövcud olan müqavilənin sonunadək Əlizadəyə ödənilməsi nəzərdə tutulub.

Komitə qapıçılarla işləyə məşqçi Aleksandr Jidkovla bağlı qərarını açıqlayıb. Klub ona ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləğini birdəfəlik qaydada Jidkova ödənilməsini tələb edib.

“İrəvan”la futbolçu Cavid Tağıyev arasında mövcud olan müqaviləyə xitam verilib.

Qeyd edək ki, 1-ci Liqada çıxış edən “İrəvan” maliyyə problemləri üzündən müqavilə şərtlərini yerinə yetirməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest