“Çətin olacaq. "Neftçi" və "Sumqayıt" kimi rəqiblərimiz var. Amma məqsədimizə çatmağa çalışacağıq”.

"Futbolçularmı təbrik etmək istəyirəm. İlk hissədə yaxşı oynadıq. Oyuna nəzarət bizim tərəfimizdəydi. Rəqibi də təbrik edirəm. Bilirdik ki, onlar yaxşı rəqibdir, turnir cədvəlində də bizdən yuxarıda idilər".

Matc.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 27-ci turunun "Sumqayıt"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib. 

Xorvatiyalı mütəxəssis 2:1 hesablı səfər qələbəsini belə şərh edib: "Bura xallarımızı götürməyə gəlmişdik. İkinci hissənin son 30 dəqiqəsində fiziki cəhətdən bir az düşdük. Bəzi oyunçularımız xəstə, zədəli idi. Öz oyunçularımdan razı qaldım. Rəqib bizi sıxanda biz bundan rahatlıqla çıxırdıq. Şadam ki, gənc oyunçumuz Rauf meydana daxil olub, yaxşı performans sərgilədi. Keyfiyyət sadəcə hücum deyil, bəzən müdafiə olunmaqdır. "Liverpul" hər turniri udanda Avropada ən yaxşı müdafiə olunan komanda idi. Bəzi oyunçularımız zədəli idi ki, bu da oyunumuza təsir etdi. İlk hissədə hücum sarıdan yaxşı oynadıq". 

O, çətin də olsa, 2-cilik uğrunda mübarizə aparacaqlarını bildirib: "İkinci və səkkizinci yer arasında 2-3 xallıq fərq var. Bura gələndə də demişdim ki, məqsədimiz ikincilik uğrunda mübarizə aparmaqdır. Çətin olacaq. "Neftçi" və "Sumqayıt" kimi rəqiblərimiz var. Amma məqsədimizə çatmağa çalışacağıq. Biz addım-addım irəliləyirik. Qazana biləcəyimiz 27 xal var. Bu oyundan sonra futbolçulara istirahət verəcəyik. Qarşıdan gələn Novruz bayramı münasibətilə də hər birinizi təbrik edirəm. Beşinci gündən etibarən qarşıdakı oyunumuza hazırlaşacağıq. Hər komanda güclənmək istəyir, "Sumqayıt", "Qarabağ", biz. Bizim hazırda bəzi oyunçularımız zədəlidir. Mövqeləri gücləndirməliyik. "Transfer pəncərəsi" açıq olanda yeni oyunçuların dəvət edilməsi normal haldır". 

Renduliç ardıcıl iki qələbəyə baxmayaraq, onu narahat edən məqamların da olduğunu qeyd edib: "Çox da irəliyə gedərək, nələr olacağını deyə bilmərəm. Amma bəzi oyunçular öz davranışlarını dəyişməlidirlər. Əmin deyiləm ki, onlar bunu edə biləcəklər, ya yox. Kim dəyişəcəksə, inkişaf etmək istəyəcəksə, xoş gəlib, bizimlədir. Kim dəyişməyəcəksə, üzgünəm. Həmin oyunçunu dəyişəcəyik. Təkcə bizdə yox, bu cür proseslər hər komandada var. Hər şey daha yaxşı olacaq. 10 gün ərzində bəzi şeyləri daha da yaxşı yönə dəyişmişik. Daha məsuliyyətli oynayırıq. 10-15 günə çox şeyi dəyişmək olmur, addım-addım olacaq". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest