18 Mart 2024, 09:23
FUTBOL
“Qarabağ”ın üç üzvü Türkiyəyə köçə bilər. Matc.az xəbər verir ki, bunlar baş məşqçi Qurban Qurbanov, yarımmüdafiəçi Abdullah Zubir və hücumçu Juninyodu.
Adıçəkilən “üçlük” “Beşiktaş”ın maraq dairəsinə düşüb. Ağdam təmsilçisinin Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə səfər oyununu izləyən “ağ-qaralar”ın idman direktoru həm Zubirlə Juninyonun oyununu, həm də “Qarabağ”ın komanda şəklində kompakt çıxışını bəyənib.
Aybaba hazırkı baş məşqçi Fernando Santoşdan sonra Qurbanovu bu posta gətirilməsini rəhbərliyə təklif edəcək.