“Volfsburq”un yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Bundesliqa klubu Ralf Hasenhüttlü bu posta təyin edib.

Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, yeni çalışdırıcı ilə uzunmüddətli müqavilə imzalanıb.

56 yaşlı avstriyalı daha əvvəl “Sauthempton”, “Leypsiq” və “İnqolştadt”a rəhbərlik edib. O, bu postda yeni istefa verən Niko Kovaçı əvəzləyib.

Qeyd edək ki, “Volfsburq” 26 turdan sonra Bundesliqada 25 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest