“Atletiko” “Metropolitano” stadionunda ən böyükhesablı məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, bu, İspaniya La Liqasının XXIX turunda “Barselona” ilə oyuna təsadüf edib.

Üç dəfə mərkəzə dəvət olunan madridlilər hazırkı arenasında ilk dəfə 0:3 hesablı yenilgi ilə üzləşib. “Atletiko” 2017-18 mövsümündən “Metropolitano”da çıxış edir. Dieqo Simeonenin yetirmələri həm də evdə ilk dəfə qol vurmadan üç dəfə mərkəzə dəvət olunublar.

Bundan başqa, “Atletiko” 2023-cü ilin yanvarından bəri ölkə çempionatında ilk dəfə doğma arenasında uduzub. Komandanın 25 oyunluq məğlubiyyətsizlik ev seriyası qırılıb. Komanda son 24 görüşün 23-də qələbə qazanmış, 2 dəfə heç-heçə etmişdi. Maraqlıdı ki, paytaxt klubu axırıncı dəfə 2023-cü ilin yanvarında evdə məhz “Barselona”ya (0:1) yenilmişdi.

Qeyd edək ki, “Atletiko” hazırda 55 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest