18 Mart 2024, 11:21
FUTBOL
“Ayaks” bir mövsümdə buraxılan qol sayına görə klub antirekorduna imza atıb. Matc.az xəbər verir ki, amsterdamlılar son olaraq Erediviziyanın XXVI turunda “Sparta” ilə səfərdə 2:2 hesablı heç-heçə edib.
Niderland klubu cari mövsüm bütün turnirlərdə keçirdiyi 39 matçda 72 qol buraxıb. Bu, komandanın 1958-59 mövsümündən bəri ən uğursuz nəticəsidi. Komanda həmin vaxt 71 qol buraxmışdı.
Qeyd edək ki, “Ayaks” hazırda Niderland çempionatında 40 xalla 5-ci yerdədi.