“Juninyo komandanın ən yaxşı oyunçusudu. Düzdü, heç kim “Qarabağ”dan ayrılmaq istəmir. Amma onu saxlamaqda çətinlik çəkəcəyik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç “vijesti.me” nəşrinə açıqlamasında deyib.

“Juninyo komandanın ən yaxşı oyunçusudu. Düzdü, heç kim “Qarabağ”dan ayrılmaq istəmir. Amma onu saxlamaqda çətinlik çəkəcəyik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç “vijesti.me” nəşrinə açıqlamasında deyib.

32 yaşlı monteneqrolu müdafiəçi komanda yoldaşına çoxlu təkliflər gəldiyini söyləyib.

O, Avropa Liqasının 1/8 final mərhələsində iki oyunun nəticəsinə əsasən (2:2, 2:3) “Bayer”ə uduzmaları barədə danışıb: “Kriteriyalarımız bərabər olsaydı, daha da irəli gedərdik. Keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik. Demək olar ki, Azərbaycan çempionluğunu təmin etmişik. Ümidvaram ki, növbəti mövsümdə avrokubokdakı nəticəni təkrarlayacağıq. Hətta daha böyük işlər görəcəyik. Avropa reytinqində Azərbaycanın əmsalı aşağıdı. Çünki yalnız “Qarabağ” nəticə verir. Ona görə Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəyə başlayacağıq”.

Veşoviç ölkəmiz haqqında da danışıb: “Burada hər şey əladı. Temperaturu bəyənirəm. Çünki əvvəllər “Legiya” da mənim üçün əla idi, amma -10 dərəcədə oynamağı heç sevmirdim. Bundan əlavə, rus dilində daha çox danışılır. Azərbaycan dili isə hədsiz dərəcədə çətindir. Bəzən məşqdə ingilis dilindən istifadə edirik. Atmosfer əladı, heç bir anlaşılmazlıq yoxdu. Çünki Qurban Qurbanov Avropada artıq böyük addı. Biz ənənəvi Monteneqro ailəsi kimiyik, burada fikirlər eşidilir, amma heç kim məşqçinin son sözünü inkar etmir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest