“Qarabağ”ın daha bir neçə futbolçusu ölkəsinin millisinə çağırılıb. Matc.az xəbər verir ki, Yassin Benzia yığma həsrətinə son qoyub. Yarımmüdafiəçi 2018-ci ildən bəri ilk dəfə Əlcəzair millisinə dəvət alıb. Afrika qitəsinin təmsilçisi martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçına çıxacaq.
“Qarabağ”ın daha bir neçə futbolçusu ölkəsinin millisinə çağırılıb. Matc.az xəbər verir ki, Yassin Benzia yığma həsrətinə son qoyub.
Yarımmüdafiəçi 2018-ci ildən bəri ilk dəfə Əlcəzair millisinə dəvət alıb. Afrika qitəsinin təmsilçisi martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçına çıxacaq.
Patrik Andrade növbəti dəfə Kabo-Verdeyə dəvət alıb. Yarımmüdafiənin yer aldığı komanda martın 21-də Qayana, 4 gün sonra Ekvatorial Qvineya ilə görüşdə qüvvəsini sınayacaq.
Qapıçı Luka Quqeşaşvilinin də heyətində yer alacağı Gürcüstan isə AVRO-2024-ün pley-off matçına çıxacaq. Gürcüstan martın 21-də Lüksemburqla görüşdə qalib gəlsə, final mərhələsinə vəsiqə üçün həlledici matça çıxacaq.
Qeyd edək ki, “Qarabağ”ın digər oyunçularından Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasına, Andrey Lunyov isə Rusiya millisinə çağırılıb.