Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukraynanın U-21 yığmasının qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Unay Melqosa 23 futbolçuya dəvət göndərib.

İspaniyalı mütəxəssis Mərakeş U-23 komandası ilə yolaşlıq görüşü və Azərbaycan millisi ilə rəsmi qarşılaşma üçün cəmi 3 legioneri heyətə cəlb edib.

Qapıçılar: Pavel İsenko (“Vorskla”), Ruslan Neşeret (“Dinamo”, Kiyev), Yakov Kinareykin (“Dnepr-1”)

Müdafiəçilər: İlya Krupski (“Vorskla”), Konstantin Vivçarenko (“Dinamo”, Kiyev), Arseni Bataqov (“Zarya”), Artyom Smolyakov (“Polesye”), Vitali Roman, Boqdan Slyubik (hər ikisi “Rux”), Vladimir Salyuk (“Çernomorets”)

Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), Yevgeni Pavlyuk (“Vorskla”), Nazar Voloşin (“Dinamo”, Kiyev), Valentin Rubçinski, Oleq Oçeretko (hər ikisi “Dnepr-1”), Aleksandr Yatsık (“Zarya”), Maksim Xlan (“Lexiya”, Polşa), Boris Kruşinski (“Polesye”), İlya Kvasnitsa (“Rux”), İvan Varfolomeyev (“Slovan”, Çexiya), Maksim Braqaru (“Çernomorets”)

Hücumçular: İqor Qorbaç (“Zarya”), İqor Krasnopir (“Obolon”).

Qeyd edək ki, Ukrayna millisi martın 22-də Mərakeş, 26-da Azərbaycanla qarşılaşacaq. Yığmamızla matç “Azərsun Arena”da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest