Azərbaycan Premyer Liqasının XXVII turunda 5 futbolçu cəzalı duruma düşüb. Matc.az xəbər verir ki, onlardan dördü sarı vərəqə limitini doldurub, biri qırmızı vərəqə ucbatından komandasından kənarda qalıb.

“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov və “Qarabağ”ın orta sahə oyunçusu Patrik Andrade sarı vərəqə limitini doldurub. Onlar müvafiq olaraq “Qəbələ” və “Kəpəz”lə görüşlərdə iştirak etməyəcək.

“Qəbələ”nin iki üzvü Bilel Auaşeriya və İlkin Qırtımov isə “Araz-Naxçıvan”la matçda sarı vərəqə almaqla cəzalı duruma düşüblər. Onlar “Neftçi” ilə oyunda məşqçilər korpusunun ixtiyarında olmayacaq.

Həmin qarşılaşmada qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın müdafiəçisi Numan Kurdiç isə “Sumqayıt”la qarşılaşmada olmayacaq.

Qeyd edək ki, XXVIII turun oyunları martın 29-31-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest