“Latsio”nun yarımmüdafiəçisi Matteo Qenduzi Fransa millisinə çağırılıb. Matc.az xəbər verir ki, o, “Atletiko”nun hücumçusu Antuan Qrizmannı əvəz edib.

Qrizmannın martda keçiriləcək oyunlarda iştirakının mümkünsüzlüyü müəyyənləşib. Millinin baş məşqçisi Didye Deşam forvardı topuğundan aldığı zədə səbəbindən heyətdən kənarda saxlayıb. Bu boşluq isə Qenduzi ilə doldurulub.

Qeyd edək ki, Fransa millisi martın 23-də Almaniya ilə yoldaşlıq oyunu keçirəcək. Komanda üç gün sonra isə Çili ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest