PSV-nin vingeri Yohan Bakayoko bir çox Avropa klublarının maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, 20 yaşlı belçikalı artıq bir neçə nəhəngdən təklif alıb.

Konkret olaraq PSJ, “Mançester Siti”, “Liverpul”, “Çelsi” və Dortmund “Borussiya”sı heyətini hücumameyilli oyunçu ilə gücləndirmək uğrunda mübarizə aparır. Bakayokonun transfer qiyməti təxminən 50-60 milyon avroya bərabərdi.

Qeyd edək ki, Yohan Bakayokonun Niderland təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest