Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir klubda ən çox qol vuran futbolçuların adlarını açıqalayıb. Matc.az xəbər verir ki, siyahıda 250 və daha çox qol vuranlar yer alır. Son olaraq PSJ-nin hücumçusu Kilian Mbappe bu cədvələ düşüb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir klubda ən çox qol vuran futbolçuların adlarını açıqalayıb. Matc.az xəbər verir ki, siyahıda 250 və daha çox qol vuranlar yer alır.

Son olaraq PSJ-nin hücumçusu Kilian Mbappe bu cədvələ düşüb. Fransalı forvard bunu bacaran 13-cü oyunçu olub.

Reytinqə isə “Barselona”nın heyətində 672 dəfə fərqlənən argentinalı Lionel Messi başçılıq edir.

1. Lionel Messi (“Barselona”) - 672

2. Kriştiano Ronaldo (“Real”) - 450

3. Kərim Benzema (“Real”) - 354

4. Robert Levandovski (“Bavariya”) - 344

5. Bader Al-Mutava (“Əl-Qadisiya”) – 301

6. Harri Keyn (“Tottenhem”) – 280

7. Co Qormli (“Kliftonvill”) – 270

8. Klamint Olsen (“Runavik”) – 262

9. Serxio Aquero (“Mançestert Siti”) – 260

10. Ueyn Runi (“Mançester Yunayted”) – 253

11. Ali Mabxut (“Əl-Cəzirə”) - 251

12. Cordan Ouens (“Kruzaders”) – 251

13. Kilian Mbappe (PSJ) – 250

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest