19 Mart 2024, 12:29
FUTBOL
“İnter”in hücumçusu Lautaro Martinesin taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, Argentina millisinin üzvü hazırkı komandasında qalacaq.
“Neradzurra”nın baş direktoru Cüzeppe Marotta dünya çempionu ilə sözləşmənin şərtlərini razılaşdıqlarını etiraf edib: “Mövsümün sonuna kimi Lautaro Martineslə yeni müqavilə imzalayacağıq. Onunla və agenti ilə münasibətlər fantastikdi və biz yalnız bir çıxış yolu görürük: Lautaro sözləşməsini uzadaraq “İnter”də qalacaq”.
Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”də çıxış edir. Onun Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdi.