“Mançester Siti”nin qapıçısı Ederson daha bir neçə il komandanın çərçivəsini qoruyacaq. Matc.az xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.

Braziliyalı millisinin üzvünün məvacibi də artırılacaq. Tərəflər ortaq məxrəcə gələ bilsə, 30 yaşlı oyunçunun həftəlik 120 min funt-sterlinq olan maaşı 200 minə qalxacaq. Onun hazırkı sözləşməsi 2026-cı ilə qədər qüvvədədi.

Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest