21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan - İngiltərə oyununun hakimləri bəlli olub. Matc.az xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmanı Bosniya və Herseqovinadan olan referilərə tapşırıb.

Görüşdə ədaləti Antoni Bandiç qoruyacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcək. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.

Qeyd edək ki, martın 22-də “Azərsun Arena”da keçiriləcək Azərbaycan – İngiltərə oyunu saat 16:00-da başlayacaq. Yığmamız ayın 26-da isə eyni arenada Ukraynanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest