Moskva “Spartak”ı “Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlu ilə maraqlanır. Matc.az xəbər verir ki, Rusiya klubu transferin reallaşması üçün türklərlə təmasa keçib.

Paytaxt təmsilçisi 25 yaşlı oyunçunu həbs edilən Kuinsi Promesə layiqli əvəzləyici gözündə baxır. Bu üzdən “Qalatasaray”a yüksək məbləğ təklif olunacaq. Üstəlik, Aktürkoğlunun özünə hazırkı maaşından 7-8 dəfə yüksək məvacib təklif olunub.

Qeyd edək ki, Kərəm Aktürkoğlu cari mövsüm Türkiyə çempionatında 29 oyun keçirib, 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest