“Mançester Yunayted” “Everton”un müdafiəçisi Drared Brantueyti transfer etmək istəyir. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşlı futbolçu ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb.

Liverpul təmsilçisi də gənc oyunçusunu satmağın əleyhinə deyil. Lakin “Everton” yalnız 80 milyon funt-sterlinq qarşılığında keçidə razılıq vercəyini bildirib. Brantueytlə həmçinin “Real” və “Çelsi” də maraqlanır.

Qeyd edək ki, Drared Brantueyti bu mövsüm 31 oyunda 2 qol vurub. İngilis futbolçunun “Everton”la müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest