“Bavariya” yarımmüdafiəçisi Coşua Kimmixi satmağa hazırdı. Matc.az xəbər verir ki, Münhen təmsilçisi 29 yaşlı oyunçu üçün sərfəli təklif gözləyir.

Almaniya millisinin üzvü ilə “Mançester Siti”, “Real”, “Arsenal”, “Liverpul” və “Barselona” yaxından maraqlanır. Onlardan bəziləri artıq futbolçu ilə əlaqə saxlayıb. Kimmix özü onun durumunu izləyən “Mançester Yunayted”, PSJ və “Çelsi”yə keçmək istəmir.

Qeyd edək ki, Kimmix bu mövsüm 31 oyun keçirib, 1 qol vurub, 8 məhsuldar ötürmə verib. Onun “Bavariya” ilə sözləşməsi gələn mövsümün sonuna kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest