“Atalanta”nın müdafiəçisi Corcio Skalvini mövsümün sonunda İngiltərəyə köçə bilər. Matc.az xəbər verir ki, Premyer Liqa klubları 20 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə qoşulub.

Hazırda konkret olaraq “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” İtaliya millisinin üzvünü heyətinə cəlb etmək niyyətindədi. Xüsusən də, “qırmızı şeytanlar” bu keçiddə fəallıq göstərir. Onlar Skalvinini fransalı Rafael Varana layiqli əvəzləyici qismində görür.

Qeyd edək ki, “Atalanta”nın yetirməsi olan Corcio Skalvini 2021-ci ildən əsas komandada oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest