“Real”ın qapıçısı Tibo Kurtua uzun fasilədən sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır. Matc.az xəbər verir ki, Belçika millisinin qolkiperi artıq məşqlərə başlayıb.

Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı 31 yaşlı futbolçu kollektivə birgə hazırlaşa biləcək. Kurtua artıq apreldən etibarən məşqçilər korpusunun ixtiyarında olacaq. Onun Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti” ilə matçlara hazır olması gözlənilir.

Qeyd edək ki, “Mançester Siti” ilə matçlar aprelin 9-da və 17-də keçiriləcək. Kurtua zədə səbəbindən cari mövsüm heç bir oyunda iştirak etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest